• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Rubio: Rusiya ilə Ukrayna taxıl və energetika atəşkəsində maraqlıdır

DÜNYA

23 Sentyabr 2026 | 20:28 | Müəllif: Subhan Mahmudov

Rubio: Rusiya ilə Ukrayna taxıl və energetika atəşkəsində maraqlıdır

Rusiya və Ukrayna taxıl tədarükü və energetikaya aid ola biləcək atəşkəsdə maraqlıdırlar.

Bakıvaxtı.az  "Sky News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərə bildirib.

"Düşünürəm ki, hər iki tərəf taxıl və energetikaya aid olan müəyyən məhdud atəşkəsdə maraqlı olduqlarını ifadə edib", - Rubio deyib.

Onun sözlərinə görə, belə bir atəşkəs münaqişəni həll etməyəcək, lakin potensial olaraq müharibənin bəzi qlobal nəticələrini zəiflədə bilər.

Rubio qeyd edib ki, ABŞ belə bir razılaşmanın əldə olunmasında konstruktiv rol oynamağa hazırdır.

"Mümkündür ki, bu, daha geniş bir razılaşma üçün platforma rolunu oynasın", - dövlət katibi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR