• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Paşinyan TRİPP-dən danışdı

SİYASƏT

23 Sentyabr 2026 | 09:24 | Müəllif: Əli Hüseynov

Paşinyan TRİPP-dən danışdı

"Trampın Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi Ermənistan və ölkənin iqtisadiyyatı üçün yeni dövrün başlanğıcını qoyacaq, həmçinin beynəlxalq logistika marşrutlarını dəyişdirəcək.

Bakıvaxtı.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da "Konkordiya" sammitində panel müzakirəsi zamanı bəyan edib.

"Hazırda biz TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetiririk, bunun nəticəsində regional əlaqəlilik tam təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövrün başlanğıcını qoyacaq, çünki ilk növbədə Azərbaycanla dəmiryol əlaqəmiz olacaq", - o deyib.

Baş nazir həmçinin qeyd edib ki, İrəvan "Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və bunun çərçivəsində dəmiryol əlaqəsini səbirsizliklə gözləyir".

"Ümumilikdə bu (TRIPP layihəsi - red.) həmçinin beynəlxalq logistikanı dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərq ilə Qərb arasında yeni marşrut əldə edəcək", - erməni baş naziri vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026