• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Danışıqlar da mübarizənin bir formasıdır - Qalibaf

DÜNYA

22 Sentyabr 2026 | 21:54 | Müəllif: Subhan Mahmudov

Danışıqlar da mübarizənin bir formasıdır - Qalibaf

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf diplomatiya və danışıqların mübarizədən geri çəkilmək anlamına gəlmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Qalibaf danışıqları İranın qarşıdurmadan çıxması deyil, mübarizənin başqa müstəviyə keçirilməsi kimi xarakterizə edib.

“Danışıqların məqsədi İranın mübarizədən çıxması deyil. Məqsəd mübarizənin bir meydanından diplomatiya adlanan digər meydana keçməkdir”, – o deyib.

Qalibafın sözlərinə görə, diplomatiyanın əsas funksiyası hərbi müstəvidə əldə olunan üstünlükləri siyasi nəticələrə çevirməkdir.

“Diplomatiya döyüş meydanında əldə edilən gücün siyasi nailiyyətlərə çevrilməsidir”, – İran parlamentinin sədri vurğulayıb.

Qalibaf daha əvvəl də danışıqları “mübarizə üsulu” kimi qiymətləndirərək İranın diplomatiyanı güc mövqeyindən aparmalı olduğunu bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR