• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İş adamının nəvəsi qonşusunu güllələdi - FOTO 

HADİSƏ

21 Sentyabr 2026 | 09:39 | Müəllif: Əli Hüseynov

İş adamının nəvəsi qonşusunu güllələdi - FOTO

Ağdaşda silahlı insident baş verib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib.

Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə. Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.

Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi - Foto


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026