• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qarabağ qazisi vəfat etdi

CƏMİYYƏT

21 Sentyabr 2026 | 11:07 | Müəllif: Əli Hüseynov

Qarabağ qazisi vəfat etdi

Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş Rasim Yoldaşəli oğlu Canəliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 1965-ci il iyulun 5-də Salyan rayonunun Xələc kəndində anadan olan Rasim Canəliyev 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. O, Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərlik etdiyi 845 saylı könüllü batalyonun tərkibində Ağdərə, Aranzəmin, Dəhraz, Kətik, Pircamal və Qaraqaya istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Döyüşlər zamanı iki dəfə ağır kəllə-beyin travması alan Rasim Canəliyev 1995-ci ildə hərbi xidmətdən təxris olunub.

Allah rəhmət eləsin.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026