Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədinə səfərləri başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Alban-Udi xristian dini icmasının üzvləri Ağdərə rayonu Vəngli kəndində yerləşən Gəncəsər məbədini ziyarətinə başlayıb.
XIII əsrə aid Gəncəsər məbədi alban xristian irsinin mühüm nümunələrindən biri hesab olunur. Xaçın çayının sol sahilində yerləşən Gəncəsər monastırı orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahlarından biri olub. Məbədin əsası 1216-cı ildə qoyulub və tikinti işləri XIII əsrdə tamamlanıb.
Bu məbədi ilk dəfə ziyarət edən nümayəndələr burada dini ayinlərini icra edirlər.
















