• Bakı 21° C

    5.28 m/s

Zelenski Trampla görüşəcək

SİYASƏT

20 Sentyabr 2026 | 22:54 | Müəllif: Əli Hüseynov

Zelenski Trampla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının payız sessiyasının başlayacağı Nyu-Yorkda görüşəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” hesabında məlumat verib.

    “Az əvvəl Prezident Trampla danışdım. Vacib söhbət oldu və bir çox məsələləri müzakirə etməyə imkan tapdıq. Nyu-Yorkda görüşmək barədə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika göz qabağındadır”, - deyə Zelenski yazıb.

    Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri zamanı mühüm detalları ətraflı işləyiblər.

    “Gərginliyin azaldılması tədbirləri və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi və insanların həyatının qorunması ilə bağlı ideyalar var”, –Ukrayna Prezidenti əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026