• Bakı 21° C

    5.28 m/s

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

SİYASƏT

20 Sentyabr 2026 | 22:08 | Müəllif: Əli Hüseynov

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib.

Bakıvaxtı.az "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirində jurnalist Trey Yanqst məlumat verib.

"Prezident bildirdi ki, ABŞ husilərlə daimi əlaqə saxlayır və onlar ABŞ-yə qarşı hərbi əməliyyatlar aparmamağa razılaşıblar", - deyə Yanqst qeyd edib.

Qeyd edək ki, sentyabrın 19-da Yaxın Şərqin bir neçə ölkəsindəki ABŞ səfirlikləri regionda gərgin vəziyyət səbəbindən amerikalılara sayıqlığı qorumaqla bağlı növbəti dəfə xəbərdarlıq ediblər. ABŞ-nin İordaniya, İsrail, İraq, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Livandakı diplomatik nümayəndəlikləri Yaxın Şərqdə gərginlik səbəbindən təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığını və gözlənilməz eskalasiya ehtimalının olduğunu bildiriblər.

Həmin gün Tramp Merilend ştatındakı Kemp-Devid iqamətgahını planlaşdırıldığından bir gün əvvəl tərk edib. ABŞ mediası prezidentin vaxtından əvvəl qayıtmasına Yaxın Şərqdə baş verən hadisələrin səbəb ola biləcəyini ehtimal edib. Belə ki, "The Hill" Trampın Vaşinqtona planlaşdırılmamış qayıdışını Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin qarşısını aldığı husilərin Ər-Riyada zərbəsi ilə əlaqələndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026