• Bakı 21° C

    5.28 m/s

Türkiyənin ən gözəl qadınını tələb etmişdi

SİYASƏT

20 Sentyabr 2026 | 23:29 | Müəllif: Əli Hüseynov

Türkiyənin ən gözəl qadınını tələb etmişdi

Türkiyəyə qarşı sərt və qeyri-adi açıqlamaları ilə tanınan Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhozi Kaineruqaba Türkiyənin Uqanda müxalifətçisi Fred Kajubi Lumbuyeni ekstradisiya etmədiyini əsas gətirərək Ankara ilə hərbi əməkdaşlığı yenidən dayandırdığını açıqlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Uqanda ordusunun sözçüsü Kris Magezi bildirib ki, Uqanda Xalq Müdafiə Qüvvələri (UPDF) Türkiyə ilə bütün müdafiə və hərbi əməkdaşlığı dayandırıb.

“Bu, iki ölkə arasında qarşılıqlı müdafiə və hərbi əməkdaşlıqla bağlı məsələlər həll olunana qədər qüvvədə qalacaq”, - deyə Magezi bildirib.

Fred Kajubi Lumbuye 2013-cü ildə Türkiyəyə sığınıb. O, Uqanda hökumətinə qarşı sərt tənqidləri ilə tanınır.

2021-ci ildə Türkiyədə saxlanılan Lumbuye Uqandaya deportasiya edildikdən sonra yoxa çıxıb. Kaineruqaba isə uzun müddət onun Türkiyədən ekstradisiyasını tələb edib və bu məsələ ilə bağlı Türkiyə hakimiyyəti ilə dəfələrlə fikir ayrılığı yaşayıb.

General son açıqlamasında da Lumbuyenin Türkiyədən Uqandaya təhvil verilməsini tələb edib.

Kaineruqabanın Türkiyə ilə bağlı açıqlamaları bununla məhdudlaşmır. O, daha əvvəl Türkiyədən 1 milyard dollar tələb edib və əks halda Türkiyənin Uqandadakı səfirliyini bağlamaqla hədələyib.

General həmçinin Türkiyənin ən gözəl qadınını həyat yoldaşı kimi istədiyini yazıb. O, bir paylaşımında “artıq beş türk qadını ilə evləndiyini” bildirib və Türkiyədən gələcək təhdidlərə qarşı mübarizə aparacaqlarını deyib.

Kaineruqaba daha sonra Türkiyə vətəndaşlarının Uqandanı tərk etməsi ilə bağlı çağırış edib və Lumbuyenin dərhal Uqandaya təhvil verilməsini tələb edib. Bu paylaşımlar sonradan silinib.

Kaineruqaba Uqanda Prezidenti Yoveri Museveninin oğlu və ölkənin ehtimal olunan varisi kimi tanınır. Sosial şəbəkələrdəki fəallığına görə ona “Twitter generalı” ləqəbi də verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026