• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi

SİYASƏT

21 Sentyabr 2026 | 01:27 | Müəllif: Əli Hüseynov

İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İranın ali rəhbəri Müctəba Xamenei haqda danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Pəhləvi Müctəbanın yoxa çıxdığını və sağ olduğu halda gizləndiyini bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti daxilində zəifləmə müşahidə olunur və ölkədə dəyişiklik üçün şərait formalaşır.

Pəhləvi tərəfdarlarına müraciət edərək İranda hakimiyyət dəyişikliyinin yaxın olduğuna inanmağa çağırıb. O, İslam Respublikasının əvvəlki dövrlə müqayisədə daha zəif və tükənmiş vəziyyətdə olduğunu iddia edib.

Rza Pəhləvi İran hakimiyyətinə qarşı mübarizədə xarici ölkələrlə əməkdaşlıq edəcəklərini bildirib. O, bu əməkdaşlığın məqsədinin İran xalqının azad edilməsi olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026