• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb

DÜNYA

20 Sentyabr 2026 | 23:18 | Müəllif: Əli Hüseynov

Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb

Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 21:05-ə olan məlumatına görə, hakim "Vahid Rusiya" partiyası bülletenlərin 13,88%-i sayıldıqdan sonra federal siyahıda səslərin 57,54%-ni toplayıb.

    Mərkəzi Seçki Komissiyası parlamentdə təmsil olunan beş partiyanın yenə dumaya daxil olduğunu açıqlayıb.

    Hazırda "Vahid Rusiya" birinci yeri tutur. Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) ikinci (13,67%), Liberal Demokrat Partiyası (LDPR) üçüncü (9,27%) və "Yeni İnsanlar"dördüncü (7,96%) olub.

    İlkin məlumatlar həmçinin “Ədalətli Rusiya”nın (5,16%) 5% baryeri keçdiyini və parlamentdə yer alacağını göstərib.

    Qeyd edək ki, dumaya üç günlük seçkilərdə cəmi on partiya iştirak edib (11-ci olan" Yabloko" Ali Məhkəmənin qərarı ilə seçkilərdən kənarlaşdırılıb).

    Səslərin sayılmasının 21 sentyabr səhərinə qədər başa çatacağı və seçki nəticələrinin 25 sentyabrdan tez olmayaraq açıqlanacağı gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026