Tədqiqatlara görə, səkkiz saatdan çox yatmaq qocalmanı sürətləndirir.
Bakıvaxtı.az xəbər verir ki, alimlər 500.000-dən çox insan üzərində araşdırma aparıblar: altı saatdan az və ya səkkiz saatdan çox yatanlarda ən sürətli qocalma müşahidə olunur.
Bioloji yaş 23 biomarkerdən istifadə edilərək qiymətləndirilib və qızıl ortalamanın gecə 6,5-7,8 saat yuxu olduğu müəyyən edilib. Bu diapazondan kənara çıxan hər şey qocalmanı sürətləndirir və sağlamlığa zərərlidir.
















