• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ağ Evin yaxınlığında Trampla görüş tələb etdi - TUTULDU

DÜNYA

20 Sentyabr 2026 | 10:59 | Müəllif: Ayyət Əhməd

Ağ Evin yaxınlığında Trampla görüş tələb etdi - TUTULDU

Vaşinqtonda Ağ Evin yaxınlığında avtomobili mühafizə hasarının yanındakı səkiyə çıxardıqdan sonra ABŞ Prezidenti Donald Trampla görüşməyi tələb edən kişi saxlanılıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə sentyabrın 19-da baş verib.

Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər ətrafı mühasirəyə alıblar.

Məxfi Xidmət əməkdaşları təhlükəsizliyin pozulması barədə məlumatdan sonra kişini saxlayıblar. Ona qandal vurulduqdan sonra o, Trampla danışmağı tələb edib.

ABŞ Prezidenti bu zaman Kemp-Deviddə olub.

Daha sonra Məxfi Xidmətin nümayəndəsi bildirib ki, kişi psixi vəziyyətinin qiymətləndirilməsi üçün xəstəxanaya aparılıb. Avtomobilə baxış zamanı şübhəli əşyalar aşkar edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026