• Bakı 23° C

    4.75 m/s

Ceyhun Bayramov ABŞ-yə getdi

SİYASƏT

20 Sentyabr 2026 | 10:38 | Müəllif: Ayyət Əhməd

Ceyhun Bayramov ABŞ-yə getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Səfər çərçivəsində C. Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026