• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda məktəbin həyətində yanğın baş verib

HADİSƏ

19 Sentyabr 2026 | 23:58 | Müəllif: Gülşən Şərif

Bakıda məktəbin həyətində yanğın baş verib

Paytaxtın Nizami rayonunda yerləşən 238 nömrəli məktəbin həyətyanı sahəsində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində məktəbin ərazisində yerləşən tikilinin təxminən 20-25 kvadratmetr sahədə dam örtüyü və içərisindəki əşyalar yanıb.

Yanğın qısa müddətdə söndürülüb. Alovun ətraf ərazilərə, o cümlədən şam ağaclarının yerləşdiyi sahəyə yayılmasının qarşısı alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026