• Bakı 20° C

    7.44 m/s

Əhmədlidəki yoldan çıxan maşın piyadanı vurub öldürübmüş - Təfərrüat

HADİSƏ

19 Oktyabr 2026 | 09:30 | Müəllif: Əli Hüseynov

Əhmədlidəki yoldan çıxan maşın piyadanı vurub öldürübmüş - Təfərrüat

Dünən günorta saatlarında Xətai rayonu ərazisində baş vermiş yol qəzasının təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, saat 15 radələrində Novruzov Əkbər Akif oğlu idarə etdiyi BMW markalı minik avtomobili ilə Gəncə prospektində hərəkətdə olarkən İsgəndərov Emil Amil oğlunun idarə etdiyi maşın ilə toqquşub.

Bu zaman E.İsgəndərovun idarə etdiyi “Hyundai” yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızına çırpılıb.

Qadın hadisə yerində ölüb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026