• Bakı 20° C

    4 m/s

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi - Video

CƏMİYYƏT

19 Oktyabr 2026 | 10:19 | Müəllif: Əli Hüseynov

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi - Video

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə müşayiət olunan anevrizma aşkarlanıb.

Xəstəyə Bentall əməliyyatı icra olunub. Əməliyyat zamanı aortal qapaq protezləşdirilib, aort kökü və qalxan aorta protez damar ilə əvəzlənib, tac arteriyalar yeni protez damara birləşdirilib.

Hazırda hərbi qulluqçunun vəziyyəti qənaətbəxşdir. O, özünü yaxşı hiss edir və həkim nəzarəti altında bərpa prosesini davam etdirir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026