• Bakı 20° C

    7.44 m/s

İqor Kostyuk "Dinamo"dan getdi

İDMAN

19 Oktyabr 2026 | 09:15 | Müəllif: Əli Hüseynov

İqor Kostyuk "Dinamo"dan getdi

Ukrayna Premyer Liqasının IX turunda "Polissya"ya 1:3 hesabı ilə yenilən "Dinamo"nun (Kiyev) baş məşqçisi İqor Kostyuk vəzifəsindən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qərarı klubun prezidenti İqor Surkis verib. Komandanı Ukrayna çempionatının növbəti matçlarına, o cümlədən oktyabrın 23-də "Kudrivka"ya qarşı keçiriləcək görüşə baş məşqçi əvəzi kimi Matsey Kendzyorek hazırlayacaq.

Qeyd edək ki, İ.Kostyuk 2025-ci ildən "Dinamo"ya rəhbərlik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026