• Bakı 17° C

    7.16 m/s

Onlar görüşə bilər - Kreml də təsdiqlədi

DÜNYA

19 Oktyabr 2026 | 09:28 | Müəllif: Əli Hüseynov

Onlar görüşə bilər - Kreml də təsdiqlədi

Rusiya, ABŞ və Çin üçtərəfli görüşün keçirilməsinin hipotetik mümkünlüyünü qəbul edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Wall Street Journal" (WSJ) qəzetinə müsahibəsində bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, görüşün özü və ya onun potensial gündəliyi barədə hələ ki, dəqiq bir anlayış yoxdur, lakin hər üç tərəf onun hipotetik mümkünlüyünü qəbul edir.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov avqustda bildirib ki, üç ölkə liderləri qarşıdan gələn Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində görüşə bilərlər. Onun sözlərinə görə, mümkün üçtərəfli görüş mövzusu Vladimir Putin və Si Cinpinin ikitərəfli danışıqları zamanı müzakirə olunub.

D.Peskov sentyabrda bildirib ki, Rusiya və ABŞ prezidentləri Çin Sədrinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. O qeyd edib ki, belə bir imkan daha əvvəl də nəzərdən keçirilib və aktual olaraq qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026