Belçika Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım olunub.
"Belçika səfirliyi Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir!
Azərbaycana və onun xalqına sülh, rifah və firavanlıq arzulayırıq!" - paylaşımda bildirilib.
















