• Bakı 19° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb

İDMAN

18 Oktyabr 2026 | 09:28 | Müəllif: Əli Hüseynov

U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc mükafatına sahib çıxıblar.

A.Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib. X.Karsanov rusiyalı Andrey Bestayevi 8:1 hesabıyla üstələyib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) gümüş medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026