Bakıda "Atəşgah" restoranında xarici turistlərə hesabın normal qiymətdən artıq təqdim edildiyi iddia olunub.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, turistin iddiaları nəzarətə götürülüb.
Belə ki, hadisə polis tərəfindən araşdırılıb və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub.
Xatırladaq ki, həmin restoranda turistlərə yeməyin qiymətinin menyuda göstəriləndən iki dəfə artıq tələb olunduğu bildirilmişdi.
















