• Bakı 17° C

    1.53 m/s

Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər

SİYASƏT

19 Oktyabr 2026 | 16:40 | Müəllif: Əli Hüseynov

Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər

Hesablama Palatasına auditor vəzifəsinə namizədin adı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İclasda Hafiz Mahir oğlu İsmayılbəylinın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy müzakirə olunacaq.

H.İsmayılbəyli sonuncu dəfə bu vəzifəyə 22 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təyin edilib.

"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qurumun rəhbər heyəti (üzvləri) cəmi 5 auditordan ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026