• Bakı 20° C

    2.65 m/s

"Etihad Airways" Səudiyyə Ərəbistanına uçuşları dayandırdı

DÜNYA

19 Oktyabr 2026 | 12:27 | Müəllif: Gülşən Şərif

"Etihad Airways" Səudiyyə Ərəbistanına uçuşları dayandırdı

"Etihad Airways" aviaşirkəti bölgədəki qeyri-sabit vəziyyətə görə Əbu-Dabi ilə Səudiyyə Ərəbistanının bir neçə şəhəri arasında uçuşları 24 oktyabr tarixinə qədər dayandırıb.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, məhdudiyyətlər BƏƏ-nin paytaxtı ilə Ər-Riyad arasındakı bütün uçuşlara, Dəmmam şəhərinə və Ciddəyə və Ciddədən bəzi uçuşlara şamil edilir. 

Aviaşirkət vəziyyətin qeyri-sabit olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, 10 və 11 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtının hava limanına Yəmən Ənsar Allah (Husi) hərəkatı hücum edib. İlk hücumda ən azı 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. 11 oktyabrda baş verən ikinci hücumda bir nəfər həlak olub, 11 nəfər yaralanıb və hava limanına maddi ziyan dəyib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR