• Bakı 19° C

    7.28 m/s

Macarıstanda əməkhaqları inflyasiyadan daha sürətlə artır

    CƏMİYYƏT

    19 Oktyabr 2026 | 15:07 | Müəllif: Əli Hüseynov

    Macarıstanda əməkhaqları inflyasiyadan daha sürətlə artır

    Macarıstanda əməkhaqları artmaqda davam edir, inflyasiyanın aşağı səviyyədə qalması isə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə şərait yaradır.

    Bakıvaxtı.az xəbər verir ki, Macarıstan Mərkəzi Statistika İdarəsinin (KSH) məlumatına görə, cari ilin avqustunda ölkədə orta aylıq ümumi əməkhaqqı 740 min 600 forintə (təxminən 2040 avro), xalis əməkhaqqı isə 519 min 900 forintə (1430 avro) çatıb.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi əməkhaqqı 8,4 faiz, xalis əməkhaqqı 10 faiz artıb. İnflyasiya nəzərə alınmaqla hesablanan real xalis əməkhaqqında isə illik artım 8,6 faiz təşkil edib. Avqustda illik inflyasiyanın cəmi 1,3 faiz olması bu göstəricilərə müsbət təsir göstərib.

    Bununla belə, orta əməkhaqqı ölkədəki gəlir bölgüsünü tam əks etdirmir. Avqustda median ümumi əməkhaqqı 611 min 400 forint, median xalis əməkhaqqı isə 433 min 400 forint olub. Bu göstəricilər əhalinin gəlirləri arasında fərqin qaldığını göstərir.

    Ekspertlər bildirirlər ki, əməkhaqlarının davamlı artması müəssisələr üçün əlavə xərclər yarada bilər. Əmək məhsuldarlığının artımı maaş artımından geri qalarsa, işəgötürənlərin bu xərcləri qarşılamaq imkanları məhdudlaşa bilər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR