• Bakı 18° C

    7.49 m/s

Yunanıstan müəllimləri 24 saatlıq tətil keçirəcəklər

DÜNYA

19 Oktyabr 2026 | 15:49 | Müəllif: Gülşən Şərif

Yunanıstan müəllimləri 24 saatlıq tətil keçirəcəklər

Yunanıstan Müəllimlər Federasiyası 21 oktyabrda əmək haqqının artırılması və mənzil yardımı tələbi ilə 24 saatlıq tətil və etiraz mitinqləri keçirəcək. 

Bakıvaxtı.az "Efimerida ton Syntakton" qəzetinə istinadən xəbər verir ki, Afina, Saloniki və ölkənin digər şəhərlərində etiraz aksiyaları planlaşdırılır. 

Şagird və tələbələrin təhsil müəssisələrində təhsilin keyfiyyətinin və təhlükəsizliyinin artırılmasını tələb edən genişmiqyaslı nümayişlərdə iştirak etmələri də gözlənilir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR