• Bakı 19° C

    7.28 m/s

Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb

CƏMİYYƏT

19 Oktyabr 2026 | 12:15 | Müəllif: Əli Hüseynov

Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 185,17 milyon ABŞ dolları dəyərində 841 min 678 ton buğda gətirilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,3 %, kəmiyyət olaraq – 10,8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 156,04 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,8 dəfə çox) 711 min 883 ton (+3,8 dəfə), Qazaxıstandan 29,13 milyon ABŞ dolları dəyərində (-76 %) 129 min 793 ton (-77 %), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87,2 %) 1,6 ton (-81,3 %) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026