• Bakı 19° C

    2.55 m/s

Türkiyədə bələdiyyədə əməliyyat: 44 nəfər saxlanıldı

DÜNYA

19 Oktyabr 2026 | 10:51 | Müəllif: Gülşən Şərif

Türkiyədə bələdiyyədə əməliyyat: 44 nəfər saxlanıldı

Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsində tender və satınalmalarda qanun pozuntularına yol verildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 44 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Saxlanılanlar arasında hazırkı bələdiyyə sədri Emrah Kozay və əvvəlki dövrdə bələdiyyə sədri olmuş Soner Çetin də var.

Xatırladaq ki, Emrah Kozay müxalif Yeni Partiyanın üzvüdür. O, 2026-cı il avqustun 7-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək Yeni Partiyaya qoşulduğunu açıqlayıb.

Kozay 2024-cü ildə Çukurova bələdiyyə sədrliyinə CHP-nin namizədi kimi seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR