• Bakı 19° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Trampın reytinqi rekord həddə düşüb

DÜNYA

18 Oktyabr 2026 | 18:05 | Müəllif: Zeynəb Rzayeva

Trampın reytinqi rekord həddə düşüb

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin nisbəti rekord həddə geriləyərək 33%-ə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post", ABC və "Ipsos"un keçirdiyi birgə rəy sorğusunda bildirilir.

Sorğuda iştirak edənlərin 72%-i ABŞ-nin yanlış istiqamətdə irəlilədiyini, 65%-i isə İranla müharibənin səhv qərar olduğunu düşünür. Trampın iqtisadi siyasətini dəstəkləyənlərin sayı da 28%-ə düşüb.

Sorğu oktyabrın 9–13-də 2 545 yetkin amerikalı arasında keçirilib.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026