• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB

HADİSƏ

19 Sentyabr 2026 | 16:54 | Müəllif: Günəş Mərd

Bakıda yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 95 m² olan dördotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.

    ***

    16:40

    Bakıda yaşayış binasında güclü yanğın başlayıb.

    Bakıvaxtı.az Bizim.media-ya istinadən xəbər verir ki, yanğın Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.

    Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026