• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Finlandiya ilk F-35A qırıcılarını qəbul edib

DÜNYA

19 Sentyabr 2026 | 15:47 | Müəllif: Günəş Mərd

Finlandiya ilk F-35A qırıcılarını qəbul edib

Finlandiya Hərbi Hava Qüvvələri ABŞ-dan sifariş etdiyi ilk F-35A Lightning II qırıcı təyyarələrini qəbul edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ilk təyyarə sentyabrın 18-də Rovaniemidə yerləşən Lapland Wing aviabazasına eniş edib.

Məlumata görə, Finlandiyaya əvvəlcə üç F-35A qırıcısının çatdırılması planlaşdırılıb. Lakin təyyarələrdən biri ABŞ-dan Finlandiyaya transfer zamanı Azor adalarında qalıb.

“Ilta-Sanomat” nəşri üçüncü təyyarənin gecikməsinə texniki nasazlığın səbəb ola biləcəyini yazıb. Bununla belə, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

“Iltalehti”nin məlumatına görə, Finlandiya Hərbi Hava Qüvvələri üçün Fort-Uortdakı zavodda istehsal olunan F-35 qırıcıları Texasdan havaya qalxıb.

Qeyd edək ki, Finlandiya 2021-ci ildə “Lockheed Martin” şirkəti ilə 64 ədəd F-35A Lightning II qırıcısının alınması barədə müqavilə imzalayıb. Yeni təyyarələrin ölkənin Hərbi Hava Qüvvələrində istifadə olunan F/A-18 Hornet qırıcılarını əvəz etməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026