• Bakı 21° C

    5.28 m/s

Azərbaycan və Almaniya əməkdaşlığı müzakirə ediblər 

İQTİSADİYYAT

19 Sentyabr 2026 | 17:10 | Müəllif: Günəş Mərd

Azərbaycan və Almaniya əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Almaniya iqlim və ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Almaniyanın Azərbaycandakı yeni səfiri Dirk Lölke ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

Tərəflər həmçinin qlobal iqlim gündəliyi çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsini müzakirə ediblər.

"İqlim öhdəliklərinin yerinə yetirilməsini sürətləndirmək və nəzərəçarpacaq tərəqqiyə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq", - Babayev qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026