Gürcüstanın enerji sektoruna bank kreditləri 2026-cı ilin iyul ayına qədər rekord həddə - təxminən 1,2 milyard ABŞ dollara çatıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili açıqlama verib.
Onun sözlərinə görə, bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz yüksəkdir:
"Sənayenin daha da inkişaf etdirilməsi təkcə elektrik enerjisi istehsalını artırmaqla yanaşı, həm də enerji şəbəkəsi infrastrukturunun gücləndirilməsini tələb edir. Hazırda Gürcüstanda 14 elektrik ötürücü xətti (EÖX) və dörd yarımstansiya tikilir. Yeni EÖX-lərin ümumi uzunluğu 587 km-dən çoxdur".
Gülşən Şərif
















