• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu ərazidə ayı PEYDA OLDU - VİDEO

HADİSƏ

20 Sentyabr 2026 | 18:27 | Müəllif: Əli Hüseynov

Bu ərazidə ayı PEYDA OLDU - VİDEO

Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub.

Bakıvaxtı.az-ın apa-ya istinadla  məlumatına görə, rayon mərkəzinə bitişik Qazangül qəsəbəsi ərazisində bir neçə gün əvvəl gecə saatlarında ayı balasının küçədə qaldığı yerli sakinlər tərəfindən telefon vasitəsi ilə çəkilib.

    Sakinlərin sözlərinə görə, ayı balası dağlıq-meşəlik əraziyə qaçaraq gözdən itib.

    Qazangül qəsəbə sakinlərinin apa-ya verdiyi məlumata əsasən, sentyabr ayının birinci ongünlüyündə Qazangül qəsəbəsinin inzibati ərazisində qəsəbə sakinlərindən birinə məxsus bağda da ayı görünüb.

    Qeyd edək ki, Qazangül qəsəbəsi Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Qəsəbənin şimal-qərb hissəsi dağlıq-meşəlik ərazidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2026