• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Bitcoin” yenidən bahalaşdı

İQTİSADİYYAT

19 Sentyabr 2026 | 09:01 | Müəllif: Günəş Mərd

“Bitcoin” yenidən bahalaşdı

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib.

    “Ethereum” 6,15% artaraq 2 619,97 dollara, BNB 1,84% bahalaşaraq 763,59 dollara, “Zcash” 3,37% yüksələrək 1 534,36 dollara çatıb. “Monero”da daha güclü artım qeydə alınıb – kriptovalyuta 11,38% bahalaşaraq 573,35 dollara yüksəlib. “Bittensor” 6,78%, “Bitcoin Cash” isə 1,25% dəyər qazanıb.

    Qızıl əsaslı kriptovalyutalarda da müsbət dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) 0,36% bahalaşaraq 4 368,22 dollara yüksəlib.

    “CoinMarketCap 20” indeksi son 24 saatda 5,35% artaraq 169,04 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,63 trln. dollara yaxınlaşıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026