• Bakı 23° C

    4.75 m/s

Müdafiə nazirindən ÇAĞIRIŞ: "...Rusiya dronları Polşaya çatacaq"

DÜNYA

20 Sentyabr 2026 | 10:29 | Müəllif: Ayyət Əhməd

Müdafiə nazirindən ÇAĞIRIŞ: "...Rusiya dronları Polşaya çatacaq"

Polşa Seymindəki bəzi deputatlar Polşanın deyil, Rusiyanın təhlükəsizlik strategiyasına xidmət edən açıqlamalar verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Seymdəki çıxışında bəzi müxalif deputatlara cavab olaraq Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış deyib.

Kosiniak-Kamış xatırladıb ki, Polşa qırıcı təyyarələri cümə günü Rusiyanın Ukraynaya hücumu səbəbindən yenidən havaya qalxıb. O, həmçinin xatırladıb ki, əvvəlki gün Baş nazir Donald Tusk Rusiyanın eskalasiya üçün mümkün ssenarilərini açıqlayıb: "Bunlar artıq təcrid olunmuş hadisələr deyil; bu, NATO ölkələrinə qarşı planlaşdırılmış təcavüzdür. Bu, təsadüfi deyil; bu, Rusiyanın strategiyasıdır".

Müxalifət deputatlarının əvvəlki açıqlamalarını şərh edərkən o bildirib ki, "bu kürsüdən yalnız Polşanın deyil, Rusiyanın təhlükəsizlik strategiyasına uyğun sözlər deyilir": "Bu zalda biz Rusiyaının bu strategiyasından necə qorunacağımız barədə vahid səslə danışmalıyıq ki, o, nə Polşada, nə də Avropada tətbiq olunmasın".

Müxalifətə müraciət edən Kosiniak-Kamış sərhəddəki vəziyyəti təsvir edib: "Baxın, nə baş verir. Raketlər atılır, dronlar Polşa sərhədindən bir kilometr aralıda dü.ür. Əgər Ukraynanın hava hücumundan müdafiə sistemləri yoxdursa, bu dronları vurmaq üçün sursat yoxdursa, onda bu dronların əksəriyyəti Ukrayna ərazisindən keçərək Polşaya çatacaq. Siz də bunu istəyirsiniz?"

Xatırladaq ki, bundan əvvəl Polşanın yeni 50 milyon avroluq yardım paketinin bir hissəsi olaraq Ukraynaya Patriot raketləri verməyi planlaşdırdığı bildirilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026