• Bakı 21° C

    5.28 m/s

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

DÜNYA

19 Sentyabr 2026 | 20:41 | Müəllif: Gülşən Şərif

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib.

Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb.

"Daha 15 ukraynalını Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən geri qaytarmaq mümkün olub. Onların arasında sərbəst şəkildə qayıda bilməyən yaşlı və ağır xəstə insanlar var. Geri qayıdanlardan ən yaşlısının 96 yaşı var", - Lubinets bildirib.

Mübadilə Ukrayna-Belarus sərhədindəki "Novaya Quta" sərhəd məntəqəsində baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026