Rusiya və ABŞ yaxın həftələrdə ikitərəfli münasibətlərdə gərginlik yaradan məsələlərin müzakirəsi üçün görüş keçirməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O qeyd edib ki, tərəflər arasında qarşılıqlı problemlərin aradan qaldırılmasına həsr olunan belə görüşlər müəyyən dərəcədə müntəzəm xarakter alıb.
“Biz bunun faydalı olduğunu düşünürük. Məsələlərin həlli istiqamətində irəliləyiş arzuolunan və gözlənilən səviyyədən aşağıdır. Buna baxmayaraq, bu dialoqdan imtina etmirik və fəaliyyətimizi davam etdirəcəyik”, – Ryabkov deyib.
















