• Bakı 24° C

    5.8 m/s

Premyer Liqa: VI tura iki oyunla yekun vurulacaq

İDMAN

20 Sentyabr 2026 | 10:06 | Müəllif: Ayyət Əhməd

Premyer Liqa: VI tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasında VI tura bu gün yekun vurulacaq.

Bakıvaxtı.az-ın məlumatında görə, turun son oyun günündə iki görüş baş tutacaq.

Əvvəlcə "Şamaxı" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 16:30-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

"Şamaxı" hazırda 6 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 2 xala malik "Araz-Naxçıvan" isə 11-ci pillədədir.

Tura Gəncə şəhər şəhər stadionunda yekun vurulacaq. "Sumqayıt" səfərdə "Kəpəz"in qonağı olacaq. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:00-da başlayacaq.

"Kəpəz" hazırda 6 xalla 6-cı yerdədir. Cəmi 1 xalı olan "Sumqayıt" isə sonuncu - 12-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

I dövrə, VI tur

20 sentyabr

16:30. "Şamaxı" – "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.

VAR: Emin Əliyev.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Şamaxı şəhər stadionu

19:00. "Kəpəz" – "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.

VAR: Fərid Hacıyev.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Gəncə şəhər stadionu.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" isə "İmişli"ni (3:1) məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026