• Bakı 23° C

    6.99 m/s

 "Qarabağ" "Şəfa"nı məğlub etdi

İDMAN

18 Sentyabr 2026 | 21:56 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" "Şəfa"nı məğlub etdi

Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

61-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç qola çevirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.

Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026