• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ronaldo milli komandaya çağırıldı

İDMAN

18 Sentyabr 2026 | 19:28 | Müəllif: Subhan Mahmudov

Ronaldo milli komandaya çağırıldı

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo yenidən Portuqaliya millisinin heyətinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

41 yaşlı hücumçu UEFA Millətlər Liqasının qarşıdakı oyunlarında Portuqaliya yığmasının heyətində yer alacaq. Komanda sentyabrın 24-də doğma meydanda Uelsi, oktyabrın 4-də isə Norveçi qəbul edəcək. Portuqaliya sentyabrın 27-də Norveç, oktyabrın 1-də isə Danimarka ilə səfərdə qarşılaşacaq.

Ronaldo milli komandanın heyətində indiyədək 233 matçda meydana çıxıb və 146 qol vurub. O, beş dəfə "Qızıl top" mükafatına layiq görülüb, beşqat Çempionlar Liqası qalibidir. Təcrübəli futbolçu, həmçinin Avropa çempionu və ikiqat Millətlər Liqası qalibi olub.

Karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" klublarında çıxış edən Ronaldu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandasının formasını geyinir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026