• Bakı 22° C

    5.44 m/s

Haaqada ifrat sağçıların aksiyasında kütləvi iğtişaşlar baş verib

DÜNYA

19 Sentyabr 2026 | 19:05 | Müəllif: Gülşən Şərif

Haaqada ifrat sağçıların aksiyasında kütləvi iğtişaşlar baş verib

Haaqanın mərkəzindəki Malieveld meydanında ifrat sağçı qrupların nümayişi zamanı kütləvi iğtişaş baş verib.

Bakıvaxtı.az xəbər verir ki, etirazçılar fişəng yandırıb və polislə toqquşublar.

Günorta saatlarında qara geyimli gənclər üzlərinə maska taxaraq Niderland bayrağı ilə polisin üzərinə hücum ediblər. Etirazçılar polisə şüşə butulkalar, taxta parçaları və fişənglər atıblar. Hadisə yerinə əlavə polis qüvvələri, o cümlədən atlı dəstələr və itlər gətirilib.

Etirazçılar sığınacaq mərkəzlərinin tikintisinə qarşı şüarlar səsləndirib və ölkədən bütün miqrantların deportasiya edilməsini tələb ediblər. Nümayişçilər "Ağların Həyatı Vacibdir" yazılı plakatlar qaldırıb, çoxsaylı millətçi şüarlar səsləndiriblər.

Mitinqdə "Qara Blok" adı altında birləşən bir neçə millətçi qrupun siyasi tələblərini əks etdirən vərəqələr də paylanıb.

Hadisə zamanı azı dörd polis yaralanıb, onlarla insan saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026