• Bakı 22° C

    5.14 m/s

Bir saniyə fərqlə dünya rekordunu yenilədi

DÜNYA

20 Sentyabr 2026 | 18:01 | Müəllif: Ayyət Əhməd

Bir saniyə fərqlə dünya rekordunu yenilədi

Keniyalı Aqnes Nqetiç Kopenhagendə keçirilən şosse qaçışı üzrə dünya çempionatında sırf qadınlar arasında yarımarafon məsafəsində (kişi peysmeykerlərin iştirakı olmadan) yeni dünya rekorduna imza atıb.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, o, 21,1 km məsafəni 1 saat 5 dəqiqə 15 saniyəyə qət edib.

Əvvəlki rekord onun həmyerlisi Peres Cepçirçirə məxsus idi (1:05.16) və 2020-ci il oktyabrın 17-də müəyyənləşdirilmişdi.

Peysmeyker - orta və uzun məsafələrdə (800 metrdən başlayaraq) müəyyən məsafə kəsiyi ərzində qaçışa liderlik edən və tempi müəyyənləşdirən idmançıdır.

25 yaşlı Nqetiç 2024-cü ilin yanvarında Valensiyada keçirilən qaçışda qarışıq növ üzrə 10 km məsafəni şossedə və ya stadionda 29 dəqiqədən tez (28.46) qət edən ilk qadın kimi tarixə düşüb. 2025-ci ilin aprelində isə Nqetiç sırf qadınlar arasında keçirilən qaçışda 10 km məsafə üzrə dünya rekordunu (29.27) yeniləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026