• Bakı 24° C

    5.8 m/s

İLK: İkibaşlı tısbağa balası tapıldı

CƏMİYYƏT

20 Sentyabr 2026 | 09:21 | Müəllif: Ayyət Əhməd

İLK: İkibaşlı tısbağa balası tapıldı

ABŞ-nin Massaçusets ştatında ikibaşlı tısbağa balası tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Naked-science.ru" məlumat yayıb.

Tısbağa Keyp-Kod yarımadasının Vellflit ərazisindəki qorunan yuvalama sahəsində aşkarlanıb. Cəmi 5.2 qram ağırlığında olan bala "Mass Audubon Wellfleet Bay Wildlife Sanctuary" təbiət mərkəzinin əməkdaşları tərəfindən mütəxəssislərə təhvil verilib.

Hazırda qeyri-adi tısbağa Barnsteybl şəhərində yerləşən "Cape Wildlife Center"də baytarların nəzarəti altındadır.

Heyvanın tam formalaşmış iki başı var. Bir bədəndə iki başın inkişaf etməsi ilə xarakterizə olunan bu vəziyyət bisefaliya adlanır və olduqca nadir anomaliyadır. Mərkəzin mütəxəssisləri əvvəllər də oxşar hallarla qarşılaşdıqlarını, lakin belə hadisənin nadir olduğunu bildiriblər.

Hazırda balanın vəziyyəti stabil qiymətləndirilir. "New England Wildlife Centers"in rəhbəri Zak Mertsin sözlərinə görə, tısbağa özünü normal aparır və bədəninin hər iki tərəfi sağlam görünür.

Baytarlar ilk növbədə onun qidalanmasını, böyüməsini və hərəkətlərinin koordinasiyasını müşahidə edirlər. Mütəxəssislər hələlik tısbağanın gələcək vəziyyəti ilə bağlı proqnoz vermirlər.

Baytarlar üçün bu hadisə iki başın bir bədəndə necə fəaliyyət göstərdiyini və heyvanın hər iki başının bədəni necə koordinasiya etdiyini öyrənmək baxımından nadir fürsət hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026