• Bakı 23° C

    5.38 m/s

Hüseyndən yollardakı təmirə ETİRAZ: "...əziyyət verirsiniz"

CƏMİYYƏT

20 Sentyabr 2026 | 17:56 | Müəllif: Ayyət Əhməd

Hüseyndən yollardakı təmirə ETİRAZ: "...əziyyət verirsiniz"

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Bakının mərkəzi küçələrində (Ceyhun Hacıbəyli küçəsi) aparılan təmir işlərindən şikayətlənib.

Bakıvaxtı.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək yolun qazılmasına etirazını bildirib:

“Şəhərin mərkəzini yenə qazıblar, vəziyyət budur. Gül kimi yol idi, niyə qazmısınız? O qədər bərbad yollar var ki, buranı qazıb yaman günə qoyursunuz. Bu nə deməkdir axı, niyə belə edirsiniz? İnsanlara əziyyət verirsiniz”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026