Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib.
“Azərbaycan Respublikasının Hökumətini və xalqını Dövlət Suverenliyi Günü münasibətilə ən səmimi təbriklərimi çatdırırıq!”, - deyə paylaşımda qeyd edilib.

















