• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusiya və ABŞ nümayəndələri arasında GÖRÜŞ

DÜNYA

20 Sentyabr 2026 | 11:16 | Müəllif: Ayyət Əhməd

Rusiya və ABŞ nümayəndələri arasında GÖRÜŞ

Rusiya və ABŞ nümayəndələri arasında görüş keçiriləcək.

Bakıvaxtl.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

    Sergey Ryabkov deyib ki, Rusiya və ABŞ arasında həssas məsələlərlə bağlı yeni bir görüşün keçirilməsi yaxın həftələrdə planlaşdırılır.

    Nazir müavini vurğulayıb ki, burada tərəflərin normal qarşılıqlı əlaqəyə mane olan həssas məsələləri müzakirə etdiyi ayrıca ikitərəfli məsləhətləşmələrdən söhbət gedir.

    Bununla yanaşı, Sergey Ryabkov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raunduna hazırlığın hazırda müzakirə olunmadığını da söyləyib.

    Qeyd edək ki, sentyabrın əvvəlində Rusiya və ABŞ Ukrayna nizamlaması ilə bağlı əlaqələri intensivləşdiriblər. ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Kuşner Moskva və Kiyevdə Putinlə danışıqlar aparıblar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026