• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Böyük Köçlə Ağdama gedənlərin NƏZƏRİNƏ

SİYASƏT

20 Sentyabr 2026 | 18:07 | Müəllif: Əli Hüseynov

Böyük Köçlə Ağdama gedənlərin NƏZƏRİNƏ

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan işlər qrafikə uyğun davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

    Emin Hüseynov qeyd edib ki, hazırda Ağdam rayonunda Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin tikintisi davam edir, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində quruculuq işləri aparılır və ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur: “Bu, ümumilikdə 8 min nəfərin Ağdam şəhərinə qayıdışı, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə isə ilk mərhələdə müvafiq olaraq 427 və 851 ailənin köçürülməsi deməkdir”.

    Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi deyib ki, paralel olaraq Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində də bərpa-quruculuq işləri davam etdirilir: “İkinci “Ağıllı kənd” olan Dövlətyarlıda 450 ailənin, Pirəhmədlidə isə ilk mərhələdə 146 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Məqsəd hər iki kənddə tikinti və bərpa işlərini yekunlaşdıraraq sakinlərin köçürülməsini təmin etməkdir”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2026