• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Yuventus"un qapıçısı zədələndi

İDMAN

20 Sentyabr 2026 | 18:13 | Müəllif: Əli Hüseynov

"Yuventus"un qapıçısı zədələndi

“Yuventus”un qapıçısı Kamil Qrabara məşq zamanı dizindən zədə alıb.

Bakıvaxtı.az xəbər verir ki, informasiyanı Turin təmsilçisinin mətbuat xidməti yayıb.

Müayinələr nəticəsində polşalı qolkiperin sağ dizinin ön çarpaz bağlarında cırılma olduğu müəyyənləşib. Futbolçunun müalicə prosesinin necə aparılacağına yaxın günlərdə keçiriləcək ortopedik konsultasiyalardan sonra qərar veriləcəyi bildirilib.

Qeyd edək ki, Kamil Qrabara “Volfsburq”dan icarə əsasında “Yuventus”a keçib və onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR