Lüksemburq hava məkanının monitorinqini gücləndirmək üçün əlavə dron aşkarlama vasitələri yerləşdirir.
Bakıvaxtı.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkə hökumətinin bəyanatında deyilir.
"Hava məkanının monitorinqi və təhlili imkanlarını gücləndirmək üçün əlavə aşkarlama vasitələri, o cümlədən xarici tərəfdaşlar tərəfindən təqdim edilən vasitələr yerləşdirilib", - məlumatda bildirilir.
Qərar ölkənin hava məkanında bir neçə dronun aşkarlanması ilə bağlı məlumatlar fonunda qəbul edilib ki, bununla əlaqədar olaraq cümə günü Lüksemburq hava limanının fəaliyyəti dayandırılmışdı.
Ölkənin Baş naziri Lük Friden jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyərək, Lüksemburqun belə təhdidlərlə ilk dəfə üzləşdiyini vurğulayıb: "Biz bunu son bir neçə gün ərzində müşahidə etdik və bu da ötən gecə ehtiyat tədbirlərinin görülməsinə səbəb oldu".
















